UEFA-dan “Mançester Siti”yə şok cəza
UEFA İngiltərənin “Mançester Siti” klubuna ağır cəza tətbiq edib.
Komanda.az xəbər verir ki, Britaniya təmsilçisi iki mövsümlük avrokuboklardan kənarlaşdırılıb.
Bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Cəzaya klubun maliyyə feyr-pleyi qaydalarını pozması səbəb olub. Cəzanın 2020/21 və 2021/22 mövsümlərini əhatə edəcəyi bildirilib.
Bundan başqa, Premyer Liqa təmsilçisi 30 milyon avro məbləğində cərimələnib.
“Mançester Siti”nin İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququ var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin