UEFA-dan Macarıstana sərt cəza
UEFA İntizam Komitəsi Macarıstan millisini cəzalandırıb.
Komanda.az xəbər verir ki, buna yığmanın azarkeşlərinin AÇ-2020-nin qrup mərhələsində Portuqaliya, Fransa və Almaniya ilə matçlarda irqçi hərəkətləri, ayrıseçkiliyin yer aldığı pankartlar açması səbəb olub.
Macarıstan millisi biri 2 il müddətinə şərti olmaqla, ümumilikdə üç matç azarkeşsiz oynamaq cəzasına layiq görülüb.
Bundan başqa, Macarıstan Futbol Federasiyası 100 min avro məbləğində cərimələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin