UEFA-dan Gürcüstana 46 min avroluq cəza
UEFA Gürcüstan Futbol Federasiyasını (GFF) 46 min avro cərimələyib.
Komanda.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
GFF Almaniyada təşkil edilən AÇ-2024-ün qrup mərhələsinin Türkiyə millisi ilə oyununda (1:3) gürcü azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və iğtişaş törətməsi səbəbindən 36,25 min avro cərimələnib. Portuqaliya ilə matçda (2:0) isə azarkeşlər meydana çıxıb və pirotexniki vasitələrdən istifadə ediblər. GFF buna görə daha 9,75 min avro cərimələnib. Beləliklə, ümumi məbləğ 46 min avro olub.
Gürcüstan millisi debüt etdiyi Avropa çempionatının 1/8 finalında İspaniyaya məğlub olub – 1:4.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin