UEFA-dan Azərbaycanın 3 klubuna ödəniş

UEFA 2024/2025 mövsümündə avrokuboklarda (Avropa Liqası, Konfrans Liqası) mübarizə aparan Azərbaycanın 3 klubuna ödəniş edib.

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ödənişlər “Zirə”yə Avropa Liqasındakı, “Sumqayıt”a (tam ödəniş) və “Sabah”a isə Konfrans Liqasındakı çıxışa görə edilib.

“Zirə” 349600, “Sabah” 174600 avro qazanıb. “Sumqayıt”a isə 524600 avro ayrılıb.

Ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button