
UEFA-dan Azərbaycan klublarına ödəniş
UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində 9 klubumuza (“Qarabağ” istisna olmaqla) ödəniş edib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
2022/23-cü illər mövsümü üçün ayrılmış 1.955.000 (bir milyon doqquz yüz əlli beş min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin