UEFA-dan AÇ-2024-lə bağlı açıqlama
UEFA-nın mətbuat xidməti rəsmi saytında milli komandaların 2024-cü il Avropa çempionatı üçün iştirak ərizələrində futbolçuların sayında mümkün dəyişikliklə bağlı açıqlama yayıb.
Komanda.az xəbər verir ki, yekun qərarın yaxın həftələrdə veriləcəyi bildirilir:
“Müsbət müzakirələr məşqçilər arasında fərqli fikirləri ortaya çıxardı, bəziləri zədə təhlükəsi və oyunçulara qoyulan yüksək fiziki tələblərlə mübarizə aparmaq üçün heyətdə futbolçuların sayını artırmaq istəyini ifadə etdi. Digərləri isə əlavə oyunçularla məşq etmək və qrupları idarə etməkdə çətinlik çəkdiklərini əsas gətirərək, futbolçuların sayının 23-ə qədər məhdudlaşdırılmasını üstün tutduqlarını bildirdi”.
AÇ-2024 üçün heyətlər hazırda 23 oyunçu ilə məhdudlaşır ki, bu da AÇ-2020-dən əvvəl qüvvədə olan qaydalara qayıdır. Həmin vaxt COVID-19 pandemiyası ilə əlaqədar futbolçuların sayının 26-ya çatdırılmasına icazə verilirdi.
AÇ-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək.
Bizi Facebook-da izləyin