UEFA-dan AÇ-2020 ilə bağlı yeni açıqlama
UEFA AÇ-2020-nin oyunlarının yeni təqvimini turnirə ev sahibliyi edəcək 12 şəhərlə müzakirə edəcək.
Komanda.az xəbər verir ki, bu barədə TASS-a qitə futbol qurumundan açıqlama verilib.
Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar bu ilin yayından 2021-ci il 11 iyun – 11 iyula keçirilib.
UEFA-nın açıqlamasında matçların yeni tarixləri barədə əlavə məlumat veriləcəyi bəyan olunub:
“Çempionat oyunlarının eyni qrafik və eyni təşkilatçı şəhərlərlə təşkili nəzərdə tutulub. Lakin hazırkı mərhələdə matçların təqvimi rəsmən təsdiqlənməyib. Bu məsələ ilə əlaqədar UEFA bütün 12 təşkilatçı şəhərlə əlaqə saxlayacaq. Əlavə açıqlamalar yaxın vaxtlarda veriləcək”.
Qeyd edək ki, Avropa çempionatında A qrupunun 3 (İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidi. Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya, Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdı.
Xatırladaq ki, mətbuatda UEFA-nın Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək şəhərlərin sayını azalda biləcəyi barədə xəbərlər yayılıb. Roma və Bilbao şəhərlərinin koronavirus pandemiyası ilə əlaqədar yaranmış böhranla əlaqədar AÇ-nin oyunlarından imtina edəcəyinə dair iddialar səslənməkdədi.
Bizi Facebook-da izləyin