UEFA Cüneyt Çakırı cəzalandırdı
UEFA türkiyəli FİFA referisi Cüneyt Çakır və köməkçisi Abdulkadir Bitigeni cəzalandırıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna onların UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Milan”la “Atletiko” arasında keçirilmiş oyunda səhvə yol vermələri səbəb olub.
Avropa futbol qurumu hər iki hakimi qitənin bir nömrəli klub turnirinin kənarlaşdırmaq barədə qərar qəbul edib.
Daha əvvəl Milan təmsilçisinin baş məşqçisi Stefano Pioli Çakırın idarəçiliyini tənqid edib.
Cüneyt Çakır “Atletiko”nun 2:1 hesablı qələbəsi ilə başa çatan matçın 29-cu dəqiqəsində “Milan”ın futbolçusu Frank Kessyeni meydandan qovub. O, görüşün sonlarında isə meydan sahiblərinin qapısına penalti təyin edib. Abdulkadir Bitigen də həmin qarşılaşamada VAR hakimi olub.
Bizi Facebook-da izləyin