UEFA ÇL-də ən yaxşı adına namizədləri açıqlad
UEFA Çempionlar Liqasında ötən mövsüm üzrə hər mövqe üçün ən yaxşı futbolçu adına namizədləri açıqlayıb.
Komanda.az qitə futbol qurumun rəsmi saytına istinadən xəbər verir ki, hər mövqeyə 3 namizəd müəyyənləşib.
ÇL-in son qalibi olan “Liverpul”un oyunçuları siyahıda üstünlük təşkil edir. Təsadüfi deyil ki, hər mövqedə namizədlər arasında bu klubun oyunçusu var. Bütövlükdə isə “Liverpul”un 5 futbolçusu ən yaxşı adına namizəddi:
Qapıçılar: Alisson (Liverpul), Uqo Loris (Tottenhem), Mark-Andre ter Ştegen (Barselona);
Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Dayk (hər ikisi “Liverpul”), Matteys de Liqt (Ayaks/Yuventus);
Yarımmüdafiəçilər: Frenki de Yonq (Ayaks/Barselona), Cordan Henderson (Liverpul), Kristian Eriksen (Tottenhem);
Hücumçular: Sadio Mane (Liverpul), Lionel Messi (Barselona), Kristiano Ronaldo (Yuventus).
Qeyd edək ki, ən yaxşılar avqustun 29-da Monakoda keçiriləcək ÇL-in qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.
Bizi Facebook-da izləyin