“Bavariya” – “Lion” matçı ispanlara tapşırıldı

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Bavariya” (Almaniya) – “Lion” (Fransa) matçının hakimləri məlum olub.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Antonio Mateu Laos olacaq. Ona Pau Serbian Devis və Roberto Peres del Palomar kömək edəcəklər. Dördüncü hakim funskiyasını isə Karlos del Serro Qrande yerinə yetirəcək.

Avqustun 19-da keçiriləcək “Bavariya” – “Lion” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button