PSJ – “Mançester Siti” matçı almanlara tapşırıldı

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə) matçının təyinatları açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Feliks Brix olacaq. Ona yan xətt hakimləri Mark Borş və Ştefan Lupp kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Zibert yerinə yetirəcək. VAR hakimi Marko Frits və Bastian Dankert olacaq.

Aprelin 28-də keçiriləcək PSJ – “Mançester Siti” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button