Dəqiqləşdi: “Qarabağ”la oyunu buraxacaq

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”la qarşılaşacaq Kiprin APOEL klubunun zədəli futbolçusu Alef dos Santosun son durumu məlum olub.

Komanda.az xəbər verir ki, “Ayia Naypa” klubu ilə keçirilən yoxlama matçında (2:2) zədələn yarımmüdafiəçi, 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə APOEL-in rəsmi “tvitter” hesabı məlumat yayıb.

Alef, “Qarabağ”la keçiriləcək cavab matçında iştirak etməyəcək.

“Qarabağ” – APOEL matçı avqustun 13-də, Bakıda keçiriləcək. Görüşə saat 20:30-da start veriləcək. Komandalar arasındakı ilk matç “köhlən atlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button