Çempionlar Liqası: “Neftçi”nin potensial rəqiblərinin sayı azaldı
UEFA Çempionlar Liqasının 3-cü mərhələsində iştirak edəcək komandaları püşkatma öncəsi qruplara bölüb.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi”nin bu mərhələdəki potensial rəqiblərinin sayı azalıb.
“Ağ-qaralar” 2-ci mərhələdə Yunanıstanın “Olimpiakos” komandasını mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Mura” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan), “Legiya” (Polşa) – “Flora” (Estoniya) və “Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya) cütünün qaliblərindən biri ilə düşəcək.
3-cü mərhələnin püşkü bu gün atılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin