UEFA Çempionlar Liqasında mövsümün ilk püşkü atılıb
UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün ilk püşkü atılıb.
Komanda.az xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə ilkin mərhələnin yarımfinal cütləri məlum olub.
Andorranın “Atletik Ekaldes” klubu Monteneqro “Buduçnost”u ilə, San Marinonun “Tre Penne” komandası İslandiya təmsilçisi “Breydablik”lə üz-üzə gələcək. Bu raundun görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da olacaq.
Qalib komanda 1-ci təsnifat mərhələsinə yüksələcək və burada Azərbaycan çempionu “Qarabağ”a rəqib ola bilər.
1-ci təsnifat mərhələsinin püşkü oyunun 20-da atılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin