Çempionlar Liqası: 3-cü təsnifat mərhələsinin cütləri
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” bu mərhələdə Norveçin “Molde” klubuyla qarşılaşacaq.
Xorvatiyanın “Dinamo” klubu Macarıstan “Ferentsvaroş”una rəqib olub. Serbiyanın “Srvena Zvezda”sı isə Kipr “Omoniya”sıyla üz-üzə gələcək.
3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da keçiriləcək.
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi
Çempionlar yolu
Ferentsvaroş (Macarıstan) – Dinamo (Xorvatiya)
Qarabağ (Azərbaycan) – Molde (Norveç)
Omoniya (Kipr) – Srvena Zvezda (Serbiya)
Midtyulland (Danimarka) – Yanq Boyz (İsveçrə)
Makkabi (Təl-Əviv, İsrail) – Dinamo (Belarus)
Liqa yolu
PAOK (Yunanıstan) – Benfika (Portuqaliya)
Dinamo (Ukrayna) – Alkmaar (Niderland)
Gent (Belçika) – Rapid (Avstriya)
Bizi Facebook-da izləyin