Çempionlar Liqası: Yeni mövsümün ilk oyunları keçirildi
UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün ilkin mərhələsinin yarımfinal oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Andorranın “İnter Eskaldes” klubu səfərdə Farer adaları təmsilçisi “Torşavn”ı minimal hesabla məğlub edib – 1:0. Digər matçda Kosovonun “Priştina” klubu San Marino “Folqore”sindən üstün olub – 2:0.
İlkin mərhələnin həlledici oyunu iyunun 25-də, “Priştina” və “İnter Eskaldes” komandaları arasında keçiriləcək.
İlkin mərhələnin qalibi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin