Çempionlar Liqası: Yeni mövsümün ilk püşkü atıldı

UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün ilk püşkü atılıb.

Komanda.az turnirin saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində ilkin mərhələnin yarımfinal cütləri məlum olub.

Yarımfinal matçları iyunun 22-də, final isə iyunun 25-də olacaq. Farer adalarında keçiriləcək qarşılaşmalar bir oyundan ibarətdir.

22 iyun

Çempionlar Liqası, ilkin mərhələ, yarımfinal

Folqore (San Marino) – Priştina (Kosova)
HB Torshavn (Farer adaları) – İnter Eskaldes (Andorra)

25 iyun

Final

Folqore (San Marino)/Priştina (Kosova) – HB Torshavn (Farer adaları)/İnter Eskaldes (Andorra)