ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Borussiya”dan (Dortmund) Erlinq Haland, “Portu”dan Serjiu Oliveyra, PSJ-dən Keylor Navas və “Liverpul”dan Fabinyo namizəd göstərilib.
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin