
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bilindi
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, bu, “Real”ın yarımmüdafiəçisi Luka Modriçdir. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Modriç komandasının “Atalanta”nı 3:1 hesabıyla məğlub etdiyi oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin