ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Mançester Siti”dən Kevin De Bruyne, “Real”dan Vinisius Junior, “Çelsi”dən Jorjinyo və PSJ-dən Kilian Mbappe namizəd göstərilib.
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin