Çempionlar Liqasının 1/4 və yarımfinal oyunları da İstanbulda keçirilə bilər! – açıqlama

UEFA İcraiyyə Komitəsinin üzvü və Türkiyə Futbol Federasiyasının vitse-prezidenti Servet Yardımcı koronavirus pandemiyası səbəbiylə dayandırılan liqalarla bağlı açıqlama verib.

Komanda.az “A spor” nəşrinə istinadən xəbər verir ki, qurum rəsmisi, Çempionlar Liqası və Avropa Liqasının qalan oyunları ilə bağlı danışıb:

“UEFA aprelin 21-də video-konfrans keçirəcək. Son qərardan sonra vəziyyəti dəyərləndirəcəyik. UEFA, Çempionlar Liqası və Avropa Liqasının yerli liqaların tamamlanmasından sonra keçirilməsini təklif edir. Bu da təxminən iyul-avqust ayları üçün düşünülür. Amma ölkələrarası uçuş qadağaları var, buna görə də, bu haqda danışmaq çox tezdir.

Çempionlar Liqasının finalı İstanbulda keçirilməli idi. Turnirin 1/4 final və yarımfinal mərhələsinin oyunlarının da burda, mini-çempionat şəklində keçirilməsi təklifi var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button