Formadakı səhvə görə milli komandaya intizam işi açıldı FOTO
UEFA Belçika milli komandasına intizam işi açıb.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, buna səbəb, Belçika millisinin futbolçusu Derdik Boyatanın AÇ-2020-nin seçmə mərhələsinin Rusiya ilə oyununda fərqli nömrələri olan formada mübarizə aparmasıdır. Belə ki, Boyatanın mübarizə apardığı formanın kürəyində 23, şortikində isə 4 nömrə yazılıb.
Boyatanın əsl forma nömrəsi 4-dür. 23 nömrə isə Mişi Batşuayiyə aiddir. Boyatanın formasındakı səhv fasilədən sonra düzəldilsə də, UEFA bununla bağlı milli komandaya intizam işi açıb. Qurumun qərarı dekabrın 12-də açıqlanacaq.
Rusiya – Belçika matçı qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin