
UEFA “Bazel” – “Qarabağ” matçı ilə bağlı sorğu keçirdi
UEFA bu gün Avropa Konfrans Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində İsveçrədə baş tutacaq “Bazel” – “Qarabağ” oyunu barədə sorğu keçirib.
Komanda.az xəbər verir ki, bununla bağlı turnirin rəsmi “Tvitter” səhifəsində “Qarabağ”ın Bazel səfəri: Kim qalib gələcək”? başlığı altında paylaşım edilib.
Səsvermədə iştirak edənlərin 60.4 faizi meydan sahiblərinin, 29.6 faizi isə Azərbaycan təmsilçisinin qələbə qazanacağını vurğulayıb. Görüşün heç-heçə ilə başa çatacağını düşünənlər isə 9.9 faiz təşkil edib.
“Sankt Yakob Park” stadionunda baş tutacaq “Bazel” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin