
UEFA “Barselona”nın baş məşqçisini cəzalandırıb
UEFA İntizam Komitəsi “Barselona”nın baş məşqçisi Hans-Diter Fliki bir oyunluq diskvalifikasiya edib.
Komanda.az AS-a istinadən xəbər verir ki, buna İtaliyada “İnter”lə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan sonra almaniyalı mütəxəssisin əsas davranış prinsiplərini pozması və ədəb qaydalarına əməl etməməsi səbəb olub.
O, bir matçlıq cəzalandırılması ilə yanaşı, 20 min avro cərimələnib. 60 yaşlı baş məşqçi Çempionlar Liqasında 2025/26 mövsümünün ilk oyununu tribunadan izləməli olacaq.
Bundan başqa, kataloniyalıların iki üzvü – hücumçu Robert Levandovski və yarımmüdafiəçi Lamin Yamal rəsmi dopinq-nəzarət nümayəndəsinin göstərişlərinə əməl etmədiklərinə və vaxtında dopinq nəzarəti zonasına gəlmədiklərinə görə hər biri 5 min avro məbləğində cərimələniblər.
“Barselona” azarkeşlərinin meydançaya yad əşyalar atmasına görə 5250 avro, pirotexniki vasitələrdən istifadə etdiyinə görə isə 2500 avro ziyana düşüb.
Bizi Facebook-da izləyin