
UEFA “Barselona”ya “hökm oxuyacaq” – Fevralda
UEFA 2024-cü ilin fevralında “Barselona”nın avrokuboklardan kənarlaşdırılması ilə bağlı qərar verəcək.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Kataloniya klubu PSJ, “Mançester Siti” və “Milan”la birlikdə UEFA-nın maliyyə qaydalarına əməl etməməkdə şübhəli bilinir.
2023-cü ilin iyulunda “Barselona” UEFA tərəfindən səhv maliyyə hesabatlarına görə 500 min avro cərimə olunub. Klub 2023/24 mövsümündə Çempionlar Liqasının qrup mərhələsindəki çıxışına görə 71,5 milyon avro qazanıb.
Kataloniyalılar Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb və onların rəqibi “Napoli” olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin