
Sanksiya ilə üzləşmək təhlükəsi olan “Barselona”dan rəsmi açıqlama
“Barselona” UEFA tərəfindən maliyyə balansında uyğunsuzluqların aşkarlandığını təsdiqləyib.
Əvvəllər məlumat verilmişdi ki, UEFA, “Barselona”nı maliyyə qaydalarını təkrar pozduğu üçün Çempionlar Liqasına qeydiyyat limitlərini azalda və ya klubun hesabından xallar silə bilər. Məsələ qeyri-maddi aktivlərin satışından əldə olunan gəlirin qeyri-düzgün göstərilməsi ilə bağlıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəsmi açıqlamasında bunlar bildirilib:
“Barselona” kubu UEFA tərəfindən iki ildən bir keçirilən iqtisadi audit prosesini yaxın günlərdə başa vurub. Bu yoxlamanın nəticələri və mümkün nəticələri ilə bağlı hələlik klub rəsmi məlumat almayıb.
Əsas uyğunsuzluq ondan ibarətdir ki, UEFA bəzi əməliyyatları (məşhur “maliyyə qolları”) adi gəlir kimi qəbul etmir. Halbuki La Liqa rəhbərliyi bu əməliyyatları adi əməliyyat gəliri kimi qiymətləndirir. Bu məsələ ilə bağlı sizi məlumatlandırmağa davam edəcəyik”.
Bizi Facebook-da izləyin



