UEFA bəzi yarışları ləğv etdi, beynəlxalq oyunları yenidən təxirə saldı – RƏSMİ
UEFA quruma üzv olan 55 milli assosiasiyanın baş katibləri ilə videokonfrans keçirib.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasdan sonra bir sıra qərarlar qəbul edilib.
Həmin qərarlar bunlardı:
- Kişi və qadınlardan ibarət bütün milli komandaların iyuna planlaşdırılmış oyunları qeyri-müəyyən müddətə təxirə salınır. Bura AÇ-2020-nin (kişilər) pley-off və AÇ-2021-in (qadınlar) seçmə mərhələ matçları da daxildi.
- Beynəlxalq yoldaşlıq oyunları da daxil olmaqla bütün UEFA yarışları qeyri-müəyyən müddətə təxirə salınmış olaraq qalır.
- U-17 Avropa çempionatının (may), U-19 qadınların Avropa çempionatının (iyul) final mərhələləri ləğv olunur. U-17 qadınların Avropa çempionatının (may), U-19 Avropa çempionatının (iyul) final mərhələləri qeyri-müəyyən müddətə təxirə salınır.
- Futzal üzrə Çempionlar Liqasının final mərhələsi (aprel) qeyri-müəyyən müddətə təxirə salınır.
- Növbəti – 2020/21 avrokubok mövsümünün son “deadline” tarixi oyunçuların qəbul prosesi və qeydiyyatı nəzərə alınmaqla qeyri-müəyyən müddətə təxirə salınır. UEFA daha sonra yeni müddəti müəyyənləşdirəcək.
Həmçinin UEFA klub yarışlarına qəbul üçün milli assosiasiyalara lisenziyalaşdırma prosesini başa çatdırmaq üçün daha çox vaxt verəcək.
Fövqəladə hadisələr nəticəsində yaranan qeyri-müəyyənlik nəticəsində UEFA İcraiyyə Komitəsi klubların gələcək maliyyə hesabatlarının hazırlanması və qiymətləndirilməsi ilə əlaqəli klub lisenziyası normalarının dayandırılmasına qərar verib. Bu qərar yalnız 2020/21 UEFA-nın klub yarışlarında iştirak üçün tətbiq olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin