UEFA Azərbaycan millisinin futbolçusunu 2 oyunluq cəzalandırıb

UEFA Azərbaycan millisinin futbolçusu Peritan Bozdağı iki oyunluq cəzalandırıb.

Komanda.az xəbər verir ki, buna 25 yaşlı hücumçunun Portuqaliyaya səfərdə uduzduqları (0:4) Avropa çempionatının pley-off mərhələsinin cavab matçında birbaşa qırmızı vərəqə alması səbəb olub.

UEFA forvardın hərəkətini “ciddi kobud oyun” kimi qiymətləndirib.

Bozdağ UEFA bayrağı altında keçirilən növbəti iki matçda yığmaya kömək edə bilməyəcək.

Azərbaycan millisi Bakıda keçirilən ilk oyunda Portuqaliyaya 1:4 hesabı ilə məğlub olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button