AÇ-2020: Azarkeşlərlə bağlı qərarın vaxtı bilindi
UEFA azarkeşlərin AÇ-2020-yə buraxılma formatını aprelin 7-də müəyyənləşdirəcək.
Komanda.az xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin üzvü Aleksey Sorokin TASS-a açıqlamasında deyib. O, azarkeşlərlə bağlı bütün suallara həmin tarixdə aydınlıq gələcəyini bildirib.
Turnirin təşkilatçıları dörd ssenarini (tribunaların tam dolması, maksimum azarkeş tutumunun 50 faizdən 100 faizədək, 20 faizdən 30 faizədək dolması və ya oyunların tamaşaçısız keçirilməsi) nəzərdən keçirirlər.
AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salındı. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin