UEFA azərbaycanlı hakimlərin kateqoriyalarını dəyişdirdi
UEFA 2021/22 mövsümünün ikinci yarısı üçün beynəlxalq dərəcəli hakimlərin kateqoriyalarında dəyişikliklər edib.
Komanda.az xəbər verir ki, əsas dəyişiklik üçüncü kateqoriyanın ləğv edilərək, ikinci kateqoriyanın genişləndirilməsidir.
Bu səbəbdən, Azərbaycanın iki FİFA referisi – Elçin Məsiyev və Rauf Cabbarov ikinci kateqoriyaya keçib. Digər FİFA referimiz Əliyar Ağayev isə yenə birinci kateqoriyada qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin