UEFA Azərbaycan yığmasına texniki məğlubiyyət verdi

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi ötən il dekabrın 15-də futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsini ləğv edib.

Komanda.az xəbər verir ki, komitənin qərarı ilə millimizə texniki məğlubiyyət (0:5) verilib.

Buna səbəb qeyd olunan oyun zamanı yığmanın UEFA İntizam Qaydasını pozmasıdır.

Komandamızın yer aldığı A qrupunda bu sanksiya millimizdən əvvəl 2 dəfə Rumıniya yığmasına tətbiq olunub. Belə ki, Niderland kollektivinin şikayəti əsasında, analoji səbəbdən UEFA-nın adıçəkilən komitəsi Rumıniya – Niderland və Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv etmiş, hər iki oyunda Rumıniyaya texniki məğlubiyyət (0:5) vermişdi.

Qeyd edək ki, Azərbaycan – Rumıniya görüşü 5:5 hesabı ilə başa çatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button