UEFA Azərbaycan millisinin rəqibinin hücumçusunu cəzalandırdı

UEFA-nın Nəzarət, Etika və İntizam qurumu Xorvatiya millisinin futbolçusunu cəzalandırıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Milan”ın hücumçusu Ante Rebiç UEFA-nın yarışlarında 5 qarşılaşmada iştirak edə bilməyəcək. Buna səbəb futbolçunun “Ayntraxt”da (Frankfurt) çıxış edərkən Avropa Liqasının pley-off mərhələsində “Strasburq”la qarşılaşmada (3:0) kobud oynayaraq, qırmızı vərəqə alması və hakimləri təhqir etməsi olub.

Bundan başqa, həmin oyunda azarkeşlərin meydana kənar əşyalar atması səbəbi ilə “Ayntraxt”ın növbəti avrokubok oyununda stadionunun bir hissəsinin bağlanması ilə bağlı da qərar verilib.

“Milan” bir müddət əvvəl Rebiçi icarə əsasında iki illik heyətinə qatmışdı. Hazırda “qırmızı-qaralar” avrokuboklarda iştirak etmədiyi üçün futbolçu cəzasını AÇ-2020-nin seçmə mərhələsinin oyunlarında çəkəcək.

Xorvatiya millisi Azərbaycan yığmasının də yer aldığı E qrupunda Slovakiya, Uels və Macarıstanla birlikdə mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button