UEFA Avropa Super Liqasına qoşulan 9 klubla bağlı qərarını açıqladı

UEFA Avropa Super Liqasında iştirak etmək istəyən 12 klubdan 9-u – “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi”, “Tottenhem” (hamısı İngiltərə), “Atletiko” (İspaniya), “Milan” və “İnter” (hər ikisi İtaliya) ilə bağlı qərarını açıqlayıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən komandalara qarşı heç bir sanksiya tətbiq olunmayacaq. UEFA klubların səhvlərini başa düşməsi və layihədən tez bir zamanda çıxması səbəbindən belə qərar verib.

UEFA Avropa Super Liqası layihəsinə qoşulan klubların qarşısına müəyyən tələblər qoyulub. Belə ki, layihədən çıxan 9 klub Avropada uşaq futbolunun inkişafına 15 milyon avro ianə etməlidir. Həmçinin, klubların avrokuboklarda bir mövsüm ərzində əldə edəcəkləri gəlirin 5 faizi tutulacaq və yenidən bölüşdürüləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button