
Avropa Liqasında həftənin rəmzi komandası
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.
Komanda.az turnirin saytına istinadən xəbər verir ki, rəmzi heyətdə “Mançester Yunayted”i 3:2 hesabıyla məğlub edən “Roma”dan 5 futbolçu yer alıb.
Qapıçı: David de Xea (“Mançester Yunayted”);
Müdafiəçilər: Pablo Mari, Kiran Tirni (hər ikisi “Arsenal”), Rik Karsdrop (“Roma”), Raul Albiol (“Vilyarreal”);
Yarımmüdafiəçilər: Bukayo Saka (“Arsenal”), Brian Kristante, Lorensto Pelleqrini, Pedro (“Roma”);
Hücumçular: Edin Dzeko (“Roma”), Edinson Kavani (“Mançester Yunayted”).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin