
Avropa Liqası: Həftənin ən yaxşısı adına namizədlər
UEFA Avropa Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin oyunçusu adına namizədlər bilinib.
Komanda.az xəbər verir ki, bu ada “Napoli”dən (İtaliya) Elif Elmas, “Dinamo”dan (Zaqreb, Xorvatiya) Mislav Orsiç, “Real Sosyedad”dan (İspaniya) Mikel Oyarsabal və Moskva “Spartak”ından (Rusiya) Aleksandr Selikov namizəd olub.
Qalib, UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin