Avropa Liqası: Moskva klubunun futbolçusu ən yaxşı adına namizəd oldu
UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin oyunçusu adına namizədlər bilinib.
Komanda.az xəbər verir ki, bu ada “Bayer”dən (Almaniya) Robert Andrix, “Lion”dan (Fransa) Rayan Çerki, “Spartak”dan (Moskva) Aleksandr Sobolyev və “Reyncers”dən (Şotlandiya) Alfredo Morelos namizəd olub.
Qalib, UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin