Avropa Liqasında mübarizəni dayandıran “Qarabağ” Azərbaycana qayıtdı
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın “Bayer” klubuna 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran “Qarabağ” vətənə qayıdıb.
Komanda.az xəbər verir ki, Azərbaycan çempionunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər, azarkeşlər və futbol ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Qurban Qurbanovun komandası martın 7-də Bakıda keçirilən ilk oyunda rəqibi ilə heç-heçə (2:2) etmişdi. Leverkuzendə baş tutan qarşılaşmada 3:2 hesabı ilə qalib gələn “Bayer” UEFA Avropa Liqasının 1/4 finalına vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin