AL: Həftənin ən yaxşısı adına namizədlər bilindi
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Komanda.az turnirin saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Ayaks”dan Duşan Tadiç, “Tottenhem”dən Harri Keyn, “Qranada”dan Roberto Soldado və “Roma”dan Lorenso Pelleqrini namizəd göstərilib.
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin