
Avropa Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.
Komanda.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, rəmzi heyətdə Xorvatiyanın “Dinamo” və İspaniyanın “Vilyarreal” komandasından 3 futbolçu yer alıb:
Qapıçı: Dominik Livakoviç (“Dinamo”);
Müdafiəçilər: Kevin Katerin (“Dinamo”), Lisandro Martines (“Ayaks”), Yan Boril (“Slaviya”), Sokratis Papastatopulos (“Olimpiakos”);
Yarımmüdafiəçilər: Mislav Orsiç (“Dinamo”), Dani Parexo, Alfonso Pedrasa (hər ikisi “Vilyarreal”), Pol Poqba (“Mançester Yunayted”);
Hücumçular: Jerar Moreno (“Vilyarreal”), Borxa Mayoral (“Roma”).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin