UEFA avrokuboklarla bağlı yekun qərarını açıqladı
UEFA avrokubokların 1/8 final mərhələsinin cavab oyunları ilə bağlı yekun qərarını açıqlayıb.
Komanda.az xəbər verir ki, yalnız Avropa Liqasının 1/8 finalının təxirə salınan “İnter” – “Xetafe” və “Sevilya” – “Roma” cütünün qalibi Almaniyada bir oyunla müəyyənləşdiriləcək. Çünki bu komandaların ilk oyunu da baş tutmayıb.
Qeyd edək ki, UEFA daha əvvəl koronavirus pandemiyasına görə Çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar vermişdi.
Qərarda o da bildirilir ki, qalan bütün qarşılaşmalar azarkeşsiz oynanılacaq. Mövsümün geridə qalan hissəsində olduğu kimi, bundan sonrakı qarşılaşmalarda da VAR sistemindən istifadə olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin