
UEFA Asim Xudiyevi Qəbələyə göndərir
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Azərbaycandakı avrokubok oyununa təyinat alıb.
Komanda.az xəbər verir ki, o, “Qəbələ”nin UEFA Gənclər Liqasının 1-ci mərhələsində Macarıstan “Puşkas Akademiyası”na qarşı keçirəcəyi oyununun hakim-inspektoru olacaq.
Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.
Oktyabrın 4-də Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş saat 16:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin