Dopinq testi müsbət çıxan futbolçu ilə bağlı intizam işi açıldı
UEFA antidopinq qaydalarını pozmaqda ittiham olunan Qazaxıstan millisinin və “Tobol”un futbolçusu Ruslan Valiullinlə bağlı intizam işi açıb.
Komanda.az xəbər verir ki, bu barədə Kostanay təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, qadağan olunmuş maddələrin 27 yaşlı yarımmüdafiəçinin qanına necə keçməsini müəyyənləşdirmək üçün daxili yoxlamaların aparılacağı bildirilib.
Valiullindən dopinq testi Slovakiyada “Jilina” ilə Konfrans Liqasının 3-cü mərhələsinin cavab oyunundan sonra götürülüb. Analizin nəticəsi sentyabrn 2-də məlum olub. Ruslan həmin vaxt Qazaxıstan yığmasının düşərgəsində olub.
Ruslan DÇ-2022-nin seçmə mərhələsinin Ukrayna ilə ev oyununda (2:2) dubl edərək komandasını məğlubiyyətdən xilas etmişdi.
Bizi Facebook-da izləyin