
UEFA AFFA rəsmisini Sloveniyaya göndərir
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Komanda.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Maribor” (Sloveniya) – “Universitatya” (Krayova, Rumıniya) oyununun UEFA nümayəndəsi olacaq.
Maribor şəhərində yerləşən “Lyudski” stadionunda keçiriləcək görüş iyulun 25-də baş tutacaq.
“Maribor” – “Universitatya” (Krayova) matçını danimarkalı baş hakim Mads Kristoffersen idarə edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin