AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu
UEFA AÇ-2020 üçün yeni qida sponsoru tapıb.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, AÇ-2020-də qurumun qida sektorunda sponsoru “takeaway.com” olacaq.
UEFA 1992-ci ildən bu yana Avropa çempionatlarının qida sponsorluğunda “McDonalds”la əməkdaşlıq edirdi.
AÇ-2020-nin matçları 12 şəhərdə, o cümlədən Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu qrup mərhələsinin 3, 1/4 finalın 1 matçına ev sahibliyi edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin