UEFA AÇ-2020 ilə bağlı səhvə görə üzr istədi

Bu il keçirilməsi nəzərdə tutulan, lakin Avropada sürətlə yayılan koronavirus pandemiyasına görə gələn ilə təxirə salınan AÇ-2020-nin adı ilə bağlı məsələyə hələ tam aydınlıq gəlməyib.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən gün AÇ-2020-nin “Tvitter” hesabında bu məsələ ilə bağlı verilən açıqlamada yanlışlığa yol verilib. Hansı ki, qitə birinciliyinin 2021-ci ildə keçirilməsinə baxmayaraq, elə AÇ-2020 adlandırılacağı bəyan olunmuşdu. Amma UEFA bu məlumatın rəsmi olmadığını açıqlayıb və bu yanlışlığa görə hər kəsdən üzr istəyib:

“Daha öncə buraxılmış bu səhvə görə üzr istəyirik. Təxirə salınmış Avropa çempionatının necə adlanacağı ilə bağlı hələ heç bir qərar verilməyib”.

Xatırladaq ki, UEFA koronavirus pandemiyası ilə əlaqədar AÇ-2020-ni gələn ilin yayına kimi təxirə salıb. Yarışın 11 iyun-11 iyulda keçiriləcəyi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button