UEFA 50 illik reytinqi açıqladı – Azərbaycandan 16 klub var
Futbol üzrə Avropa Liqası (keçmiş UEFA Kuboku) tarixinin reytinq cədvəli açıqlanıb.
Komanda.az xəbər verir ki, son 50 illiyin siyahısına Azərbaycanın 16 klubu düşüb.
Təmsilçilərimizdən ən yaxşı göstərici “Qarabağ”a məxsusdu. Belə ki, 69 xalı olan Ağdam təmsilçisi 983 klub arasında 118-ci pillədə qərarlaşıb.
İkinci ən yaxşı göstərici aktivində 34 xalı olan “Neftçi”yə məxsusdu – 216-cı yer. Azərbaycan təmsilçiləri arasında 3-cü ən yaxşı göstərici “Qəbələ”yə (27 xal) məxsusdu. “Qırmızı-qaralar” 248-ci pillənin sahibidi.
Azərbaycanın bütün komandalarının reytinq sıralaması:
1) 118. “Qarabağ” – 69 xal
2) 216. “Neftçi” – 34 xal
3) 248. “Qəbələ” – 27 xal
4) 471. “Xəzər Lənkəran” – 10 xal
5) 601. “Zirə” – 5 xal
6) 606. “Karvan” – 5 xal
7) 631. “Bakı” – 5 xal
8) 715. “Kəpəz” – 3 xal
9) 758. “Olimpik-Şüvəlan” (AZAL) – 2 xal
10) 819. “MKT Araz” – 1 xal
11) 861. “Xəzri Buzovna” – 1 xal
12) 876. “Səbail” – xalsız
13) 902. “Simurq” – xalsız
14) 939. “Turan” – xalsız
15) 940. “Şəfa” – xalsız
16) 950 “Şəmkir” – xalsız
Qeyd edək ki, 1971-ci ildən keçirilən UEFA kuboku 2009-cu ildən Avropa Liqası adlanır. Azərbaycan təmsilçiləri bu yarışda 1994/95 mövsümündən mübarizə aparır. Bu turnirdəki ilk təmsilçimiz isə “Turan” olub.
Bizi Facebook-da izləyin