UEFA 2019-cu ilin simvolik komandasını açıqladı
UEFA 2019-cu ilin ən yaxşı futbolçularından ibarət simvolik komandasını açıqlayıb.
Komanda.az xəbər verir ki, rəmzi “11-lik” azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşib.
İki milyondan çox azarkeşin iştirak etdiyi sorğunun nəticəsinə görə, simvolik komandada Çempionlar Liqasının qalibi “Liverpul”un oyunçuları çoxluq təşkil edir. Belə ki, “qırmızılar” heyətdə 5 oyunçu ilə təmsil olunub.
Qapıçı: Alisson Bekker (“Liverpul”)
Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Dayk, Endi Robertson (hamısı “Liverpul”), Matteys de Liqt (“Ayaks”/”Yuventus”)
Yarımmüdafiəçilər: Frenki de Yonq (“Ayaks”/”Barselona”), Kevin De Bruyne (“Mançester Siti”)
Hücumçular: Lionel Messi (“Barselona”), Kriştiano Ronaldo (“Yuventus”), Robert Levandovski (“Bavariya”), Sadio Mane (“Liverpul”).
Bizi Facebook-da izləyin