UEFA-nın 2019-cu il üçün son reytinqi: “Qarabağ” “Milan”ı qabaqladı

UEFA 2019-cu il üçün klubların yekun reytinq cədvəlini açıqlayıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu mövsüm Avroliqada mübarizəni qrup mərhələsində dayandıran “Qarabağ” 71-ci sıradadır. Ağdam təmsilçisinin 21 min xalı var.

“Qarabağ” reytinq siyahısında “Milan”, “Başakşəhər”, “Alkmaar”, “Betis”, “Espanyol”, “Everton”, “Vulverhempton” kimi klublardan irəlidədir.

“Qəbələ” 145, “Neftçi” 274, “Səbail” 279, “Zirə” 282, “Kəpəz” isə 283-cü sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button