“Uduzsaq da, əlimizdən gələni etdik”

“Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının 12-ci turunda “Gəncə” ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, mütəxəssis bəxt amilini də qabardıb:

“Uduzsaq da, əlimizdən gələni etdik. Heç kim uduzmaq istəmirdi. Yeni oyunçumuz da var, hələ uyğunlaşma prosesindədir. Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, uğurlu nəticə qazanaq. Hər halda, “Gəncə” qrupun lider və güclü komandalarındandır. Bu görüşdə nə bacardıqsa, onu da etdik. Sadəcə, bəzən atışlar zamanı bəxtimiz də gətirmədi. Həmin anlarda atışlar dəqiq olsaydı, daha fərqli alınardı. Bir neçə epizodda səbətə düşə bilmədik. Sonda da uduzduq. Deyiləcək bir söz yoxdur. Bu oyunu analiz edib, qarşıdakı matça hazırlaşacağıq. Çalışacağıq ki, növbəti görüşdə qələbə qazanaq”.

Gəncə İdman Sarayında keçirilən “Gəncə” – “Quba” görüşü meydan sahiblərinin 96:78 hesablı qələbəsi ilə bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button