“Uduzmaq olar, amma bu cür oynamaq yox”
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva bu gün Belarus yığmasına qarşı keçirdikləri yoldaşlıq oyununu şərh edib.
Komanda.az xəbər verir ki, braziliyalı mütəxəssis 3:5 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:
“Oyuna yaxşı başladıq. Ancaq 5-ci dəqiqədən sonra səhvlərə yol verdik. Hələ mövsüm başlamayıb, oyunçular ideal formada deyillər. Xüsusilə də fiziki planda çox axsadıq. Səhvlərimiz də daha çox bundan qaynaqlanırdı. Görüşdən əvvəl bununla bağlı xəbərdarlıq etmişdim. Oyun intizamı, eləcə də konsantrasiya məni qane etmədi. Uduzmaq olar, amma bu cür oynamaq yox. Heyətlə bağlı problemlərimiz var. Amma məğlubiyyəti bununla bağlamaq istəmirəm. Zədə və digər səbəbdən komandaya qoşula bilməyənlərin əvəzinə başqa oyunçuları sınadıq. Sadəcə, oyunçuların yanaşması məni qane etmədi”.
Bizi Facebook-da izləyin